1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” SQ tərəfindən keçirilən fotomüsabiqəsinin Münsiflər heyətinin tərkibi müəyyənləşdirilib
01.08.2013

Baki, Finance Time.  “Atəşgah” Sığorta Qrupu “Sevək, qoruyaq, arxayın yaşayaq” fotomüsabiqəsi çərçivəsində münsiflər heyətinin tərkibini müəyyənləşdirib. Bunlar:

1. Mirnaib Həsənoğlu -  Azərbaycan Fotoqrafları Birliyinin sədri.

2. Sənan Ələsgərov -    Fotoqraf

3.  Sevinc Aslanova   -    Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin üzvü 

4.  Emin Məmmədov -    Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi,   “QGALLERY” rəsm qalereyasının direktoru

5.  Ruslan Əliyev    -   “Atəşgah” Sığorta Qrupunun Prezidentidir

 

Xatırladaq ki, fotomüsabiqə “Atəşgah” Sığorta Qrupunun Vizyon və Missiyası çərçivəsində keçirilir və ona uyğun olaraq Sığorta Qrupu Azərbaycanın çiçəklənən və ekoloji təmiz gələcəyi naminə də çalışır. Bu səbəbdən fotomüsabiqə insan və təbiətin qarşılıqlı əlaqəsinin müxtəlif aspektlərinə, təbiətdən istifadəyə, iqtisadi sahələrin inkişafına və onların ətraf mühitlə qarşılıqlı əlaqələrinə həsr edilmişdir. 

Fotomüsabiqənin şərtləri 

Müsabiqədə iştirak pulsuzdur.

  • Müsabiqədə 16 yaşından yuxarı peşəkar fotoqraflar və foto həvəskarları iştirak edə bilər.

  • Fotolar  rəngli, eləcə də ağ-qara ola bilər.

  • Hər bir foto aşağıdakı məlumatla müşayiət olunmalıdır: müəllif, adı, region (şəklin çəkildiyi yer), tarix.

  • Fotolar Azərbaycan ərazisində son beş il ərzində çəkilməlidir.

  • Fotolar 1 000 pikselədək ölçüdə və JPEG formatda olmalıdır.

  • Bir müəllifdən 5 (beş) –dən artıq iş qəbul edilmir.

  • Fotomüsabiqədə iştiraka müəllifin özünün mülkiyyət hüququ olan fotolar buraxılır. Əks halda iştiraçı müsabiqədə iştirak etməkdən kənarlaşdırılıcaq. İnternetdən başqalarına məxsus fotoların mənimsənilməsinə icazə verilmir.

  • Fotolarda loqotiplərdən, brendlərdən və imzalardan, eləcə də əvvəllər digər müsabiqələrdə iştirak etmiş işlərdən istifadəyə icazə verilmir.

  • İştirakçının istəyi ilə fotolar götürülə və ya digərləri ilə əvəz edilə bilməz.

  • İctimai, mənəvi və etik normaları pozan fotoların iştirakına icazə verilməyəcək.

  • Mobil telefonlar vasitəsilə çəkilmiş fotolar qəbul edilmir.

  • Fotoredaktorda işlənmiş fotolar qəbul edilmir.

  • Seçilmiş fotolar həmçinin JPEG, TIFF, RAW formatında 3-5 meqabayt (MB) ölçüdə təqdim edilməlidir.

  • İştirakçı fotoların müsabiqədə istifadəsinin üçüncü şəxslərin hüquqlarını pozmadığına zəmanət verir və bu cür hüquqların pozulmasına (eləcə də insan təsvirlərindən qeyri-qanuni istifadəyə görə) hüquqi məsuliyyət daşıyır.

  • Fotosunu təqdim edən iştirakçı həmin fotoya görə hüququn yalnız ona məxsus olduğunu təsdiq edir. Əks təqdirdə, o müsabiqədə iştirakdan kənarlaşdırılacaq.

 

Fotolar 1 sentyabr 2013-cü ilədək konkurs@ateshgah.com elektron ünvanına, mövzu yerinə “fotomüsabiqə” qeyd edilməklə göndərilməlidir.  Əlaqə telefon nömrələri:

Səbinə Məmmədova – (012) 940, (daxili 317), mob. (050) 291 93 03

Könül Əsədova - (012) 940 (daxili 255), mob. (050) 291 33 44

Bütün işlər kodlaşdırılacaq və anonim şəkildə nüfuzlu münsiflər heyətinə təqdim ediləcək. 

Mükafat fondu: 

Birinci yer üçün mükafat – 2 min AZN;

İkinci yer üçün mükafat –  1 min AZN;

Üçüncü yer üçün mükafat – 500 AZN;

10 iştirakçı həvəsləndirici pul mükafatı alacaq.

 

Bununla yanaşı iştirakçıların təqdim etdikləri işlər arasından (birinci, ikinci və üçüncü yerləri tutmuş qaliblərin işləri istisna olmaqla) sərgi qonaqları arasında ən çox səs toplamış iş seçiləcək və mükafatlandırılacaq.   

 Müsabiqənin nəticələrinə görə: 

Müsabiqəyə yekun vurduqdan sonra iştirakçı-qaliblərin fotolarından ibarət və “Atəşgah” SQ-nin Nəsibbəy Yusifbəyli prospekti, 75 “b” ünvanında yeni Baş ofisinin təntənəli açılış mərasiminə təsadüf edən sərginin təşkili planlaşdırılır. İştirakçıların adları mərasim zamanı açıqlanacaq.

Fotomüsabiqənin bütün iştirakçılarına “Atəşgah” SQ-dən sertifikatlar təqdim ediləcək.

Qaliblərin işləri xüsusi kataloqda dərc ediləcək. Orada fotomüsabiqənin digər iştirakçıları barədə də məlumat veriləcək.

Fotomüsabiqənin qaliblərinə “Atəşgah” SQ-a işlərindən açıq şəkildə istifadə etmək və onları müəllifin adını mütləq şəkildə göstərilməklə informasiya, təqdimat və digər məqsədlər üçün (KİV, audio, video, WEB, çap məhsulu və s.) nümayiş etdirmək hüququ verilir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment