Baki, Finance Time. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli ödənişini həyata keçirib.
Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, istehsalatda baş vermiş sığorta hadisəsi nəticəsində “PAŞA Həyat” tərəfindən sığorta olunmuş şəxsin ailəsinə 38,210 min manata yaxın ödəniş edilib.
Qeyd edək ki, 2013-ci ilin əvvəlindən başlayaraq “PAŞA Həyat”da istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödəniş halları artıb. Belə ki, təkcə bu ilin yanvar-iyul aylarında (sonuncu ödəniş də daxil olmaqla) sözügedən sığorta növü üzrə 417,2 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,4 dəfə çoxdur.
“PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar- iyun aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 16,165 mln. manat, ödənişləri isə 445 min manata yaxın olub. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.