Bu ilin ikinci rübündə dünyada qızıla olan tələbat 12% azalaraq 856 ton (27,5 mln. unsiya) təşkil edib.
“APA-Economics”in məlumatına görə, bu barədə Ümumdünya Qızıl üzrə Şurasının (World Gold Council/ - Gold Demand Trends) hesabatında deyilir.
Pul ifadəsində tələbatın həcmi 39 mlrd. ABŞ dolları təşkil edib. Ümumilikdə, qızıla olan zərgər tələbatı 37% və ya 576 ton azalıb və onun dəyəri 26,2 mlrd. dollara bərabər olub. Bu metala olan investisiya tələbatı isə 63% və ya 105,4 ton azalıb və dəyəri 4,8 mlrd. dollar təşkil edib.
Bu ilin ikinci rübündə ölkələrin mərkəzi bankları tərəfindən qızılın alışı 57% və ya 71 ton azalıb və onun dəyəri 3,2 mlrd. dollar olub. Bununla bərabər adıçəkilən dövr ərzində qızılın hasilatı da 4% və ya 732 ton azalıb. Bu dövr ərzində qızılın emalı isə 21% azalıb.
www.apa.az