|
|
|
Dünya xəbərləri | | | Türkiyəyə gələn turistlərin sayı artıb |
26.08.2013 | |
| |
Cari ilin yanvar-iyul ayları ərzində Türkiyəni 19 mln.-dan çox turist ziyarət edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% çoxdur.
APA-nın «Cihan» agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin yaydığı hesabatda deyilir. Məlumata əsasən, turistlərin 10 mln.-u Türkiyəyə Avropadan, 4,8 mln.-u isə MDB ölkələrindən gəlib.
Ən çox ziyarət olunan şəhərlərə Antalya başçılıq edir. Qeyd olunan dövr ərzində Antalyaya 6 mln. turist gəlib. İkinci yerdə qərarlaşan İstanbulu 5,8 mln., üçüncü yerdə olan Muğlanı isə 1,6 mln. nəfər ziyarət edib.
Ölkələr üzrə sıralamada isə birinci yerdə Almaniya qərarlaşıb. Bu ölkədən Türkiyəyə 2,6 mln. turist gəlib. İkinci və üçüncü yerləri müvafiq olaraq Rusiya (2,3 mln. turist) və İngiltərə (1,3 mln. turist) tutub. İlk onluğa həmçinin Gürcüstan, Bolqarıstan, Hollandiya, Belçika, İran, Fransa və ABŞ daxil olub. Türkiyə ilə İsrail arasında soyuq münasibətlərə baxmayaraq, hesabata əsasən, bu ölkədən Türkiyəyə gələn turistlərin sayı artıb.
www.apa.az
|
|
|
|