|
|
|
Sığorta | | | «AXA-Mbask» icbari avtomobil sığortası üzrə iki iri ödəniş edib |
03.05.2012 | |
| |
«AXA-Mbask» sığorta şirkəti «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə ikiiri ödəniş həyatakeçirib.
Şirkətin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, sözügedən sığorta növünə aid ödəmələr martın 10-da Bakı şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, «AXA-Mbask» tərəfindən 2 110 manat məbləğində sığorta ödənişi zədələnmiş «Mercedes Benz» markalı avtomobilin, 2 890 manat isə «Volkswagen» markalı avtomobilin sahibinə təqdim olunub.
Qeyd edək ki, cari ilin əvvəlindən icbari avtomobil sığortası üzrə şirkət artıq 60 min manata yaxın sığorta ödənişi edib.
Xatırladaq ki, 2010-cu ilin oktyabr ayında «Mbask» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə bir yerli fiziki şəxsə məxsusdur.
«AXA-Mbask» sığorta şirkəti 1992-ci ildən «Mbask» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. Mayın 1-nə şirkətin nizamnamə kapitalı 6,731 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
www.apa.az
|
|
|
|