|
|
|
Sığorta | | | Beynəlxalq Sığorta Şirkəti beynəlxalq mükafata layiq görülmüşdür |
03.10.2013 | |
| |
Baki, Finance Time. “Beynəlxalq Sığorta Şirkəti” ASC Ingiltərənin nüfuzlu maliyyə nəşri olan International Finance Magazine (IFM) jurnalının 2013-cü ilin “Ən yaxşı sığorta şirkəti” nominasiyasının qalibi olmuşdur. Bu barədə jurnalın internet səhifəsində məlumat verilmişdir. Mükafat dünya ölkələri üzrə iqtisadiyyatın maliyyə-bank sektorunda fəaliyyət göstərən, yüksək nailiyyətlər əldə etmiş şirkətlərə təqdim olunmuşdur .Bu barədə məlumat verərkən Şirkətin İdarə Heyətinin sədri M.Məmmədov bildirmişdir: “Fərəhli haldır ki, Beynəlxalq Sığorta Şirkəti Azərbaycanda bu mükafatı alan ilk sığorta şirkətidir. Bu da BSŞ-nin daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışmasının, Şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsinin nəticəsidir.”
Qeyd etmək lazımdır ki, Azərbaycanın maliyyə-bank sektorunda fəaliyyət göstərən 6 qurum müxtəlif nominasiyalarda bu mükafata layiq görülmüşdür. Beynəlxalq Sığorta Şirkəti bu sırada yeganə sığorta şirkətidir.
2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş, Beynəlxalq Sığorta Şirkəti hazırda həm fiziki, həm də hüquqi şəxslərə 33 sığorta növü üzrə xıdmətlər göstərir.
|
|
|
|