Baki, Finance Time. “AtaSığorta” ASC müştərilərinə rahat və keyfiyyətli sığorta xidmətləri göstərməyi əsas tutaraq regionlarda öz fəaliyyətini daha da genişləndirməklə 6 yeni nümayəndəliyini istifadəyə vermişdir. Bununla daşirkətin nümayəndəliklərinin ümumi sayı 10-a çatmışdır.
“AtaSığorta” Azərbaycanda sığortaçılığın və sığorta sektorunun inkişafına, o cümlədən regionlarda əhalinin sığorta mədəniyyətinin və marağının daha da artırılması işinə böyük önəm verir. Bu səbəbdən şirkət yalnız Bakıda deyil, regionlarda da fəaliyyətini genişləndirməyə davam edir. “AtaSığorta” ASC-nin yeni nümayəndəlikləri Azərbaycanın Qərb zonasında yerləşən Gədəbəy, Bərdə, Qazax, Gəncə, Ağdaş və Tovuzda istifadəyə verilmişdir. Artıq nümayəndəliklərin yerləşdiyi rayonların əhalisi uzaq məsafə qət etmədən yaşadıqları ərazi üzrə nümayəndəliyə müraciət edə bilərlər. “AtaSığorta” özünün Strateji Planına əsasən yeni nümayəndəliklərin açılmasını gələcəkdə də davam etdirəcəkdir.
"AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət edir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 10 nümayəndəlik daxildir.