|
|
|
Sığorta | | | “AtaSığorta” ASC 2013-cü ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı |
24.10.2013 | |
| |
Baki, Finance Time. “AtaSığorta” ASC 2013-cü ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlamışdır. Məlumata əsasən cari ilin 9 ayı ərzində şirkətin sığorta haqqı yığımları 9,4 milyon manat təşkil etmişdir.AtaSığorta2013-cü ilin müvafiq dövrü ərzində1,9 milyon manatdan artıqsığorta ödənişi həyata keçirmişdir.Şirkətin nizamnamə kapitalı cari ildə 2,6 milyon manat artırılaraq 7,6 milyon manata çatdırılmış, aktivlərin ümumi həcmi isə 20 milyon manatı ötmüşdür. “AtaSığorta” ASC-nin 2013-cü ilin 9 ayı üzrə balans mənfəəti 1,7 milyon manat təşkil etmişdir.
"AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 10 nümayəndəlik daxildir.
|
|
|
|