Azərbaycanın «Atəşgah» sığorta şirkəti peşəkar media nümayəndələri üçün «Azərbaycanda sığorta agenti: Nüfuz və geniş imkanlar» mövzusunda elan etdiyi yazı müsabiqəsini yekunlaşdırıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, müsabiqənin yekunlarına əsasən Emil Eyyubov I yer (mükafat – 400 manat), Könül Soltanova II yer (200 manat), Vüqar Haqverdiyev III yer (100 manat) tutub.
Xatırladaq ki, müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini inkişaf etməkdə olan Azərbaycan sığorta bazarına, sığorta agenti peşəsinə yönəltmək, bu sahədə maarifləndirmə aparmaq, eləcə də ən yaxşı jurnalist işlərinin təşviqi və seçimi, mətbuat nümayəndələrinin peşəkar səviyyəsinin yüksəldilməsi olub.
www.apa.az