Azərbaycanın «Atəşgah» sığorta şirkəti yeni, «5-lik» adlı məhsulunu istifadəyə verib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə şirkətin məlumatında deyilir: «Şirkətin bu yeni məhsulu bir növ avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının (AVSMMİS) «davamıdır».
Qeyd edək ki, AVSMMİS mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
«5-lik» məhsulu yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinin sürücüsü və onun yanında olan sərnişinin həyatı və sağlamlığına vurulan zərərin sığorta təminatıdır. Bundan əlavə, ehtiyac olduğu təqdirdə avtomobilin evakuasiyası xidməti də nəzərdə tutulub.
«5-lik» məhsulunun qiyməti 5 manat, sığorta təminatı isə 1 000 manat təşkil edir. Bu məhsulu əldə etmək üçün «Atəşgah» sığorta şirkətinin Bakıda yerləşən istənilən ofislərindən birinə və yaxud (012) 940 əlaqə nömrəsinə zəng etməklə müraciət etmək olar.
www.apa.az