Baki, Finance Time. AXA MBASK Sığorta Şirkəti əhalinin sığorta baxışına yenilik gətirmək məqsədi ilə saytın sahifələrində yeni xidmət tədbiq etməyə başlayıb.
Belə, Şirkətin korporativ saytında əsas sığorta növləri üzrə sığorta ödənişlər ilə bağlı vizual məlumat yerləşdirildi.
Saytdakı məlumat daim yenilənəcək, və bu onu daha aktual vəziyyətdə saxlamağa imkan verəcəkdir http://www.axambask.az/az/Incident.aspx .
Yeniliyin başlıca məqsədi –Azərbaycan ərazisində baş verən sığorta hadisələrin hansı növlərdə hansı ödənişlərin olabiləcəyi barəsinde əhaliyə məlumat vermək ve sığortanın əhəmiyyətini istifadəçilere vizual şəkildə çatdırılmaqdır.
Sığorta xidmətlərinin keyfiyyətinin daim yaxşılaşdırmağını qarşısına məqsəd qoyan AXA MBASK geniş agent şəbəkəsinin inkişafına fəal şəkildə təkan verir.
Bu gün bütün ölkə ərazisində 80-ə yaxın agentlik fəaliyyət göstərir ki, bu da sığorta xidmətlərinin tam əhatə olunmasını və potensial istehlakçılar üçün əlverişliliyini təmin edir.