|
|
|
Sığorta | | | “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçirilmişdir |
22.06.2012 | |
| |
Bakı, Finance Time. 21 iyun 2012-ci il tarixində “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının 2011-ci maliyyə ilinin yekunlarına həsr olunmuş növbəti illik ümumi yığıncağı keçirilmişdir.
Ümumi Yığıncaqda Cəmiyyətin 2011-ci ilin yekunları üzrə İdarə Heyətinin, Direktorlar Şurasının, Təftiş Komissiyasının hesabatları dinlənilmiş, kənar müstəqil auditor tərəfindən yoxlanılaraq rəy verilmiş 2011-ci ilin yekunları üzrə maliyyə hesabatları təsdiq edilmiş və şirkətin fəaliyyətinin gücləndirilməsi barədə qərarlar qəbul olunmuşdur.
|
|
|
|