1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” istehsalat zamanı vəfat etmiş şəxsin ailəsinə 25,4 min manat sığorta ödənişi edib
12.12.2013

Baki, Finance Time. Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir iri həcmli ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, “PAŞA Həyat” tərəfindən sığorta olunmuş işçi istehsalat zamanı baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Baş vermiş hadisə barədə qanunvericiliyin tələblərinə uyğun məlumatlar toplanaraq“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası”na müvafiq olaraq, “PAŞA Həyat” tərəfindən vəfat etmiş şəxsin ailəsinə 25,403 min manat həcmində birdəfəlik ödəniş verilib.

Qeyd edək ki, 2013-ci ilin əvvəlindən başlayaraq “PAŞA Həyat Sığorta” tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödənişlərin verilməsi halları artıb. Belə ki, bu ilin yanvar-noyabr aylarında sözügedən sığorta növü üzrə 670 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,3 dəfə çoxdur.

“PAŞA Holding” şirkətlər qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin 10 ayı üzrə şirkət yığımlarının (28,378 mln.manat), həmçinin nizamnamə kapitalının (25,200 mln. manat) həcminə görə Azərbaycanın həyat sığortası bazarının lideridir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növündən başqa, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları da təklif edir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment