|
|
|
Sığorta | | | «Atəşgah» sığorta şirkətinin «Nərimanov» filialı yeni ofisə köçüb |
07.02.2014 | |
| |
Azərbaycanın «Atəşgah» sığorta şirkəti müştərilərinin rahatlığını təmin etmək və onlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək məqsədilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində fəaliyyət göstərən satış ofisinin ünvanını dəyişib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, ofis artıq «N.Nərimanov» metro stansiyasının yaxınlığında, Təbriz küçəsi,87, mənzil 32 ünvanında fəaliyyət göstərir.
«Atəşgah» sığorta şirkətinin xidmətləri və məhsullarını Bakı şəhəri üzrə əldə etmək istəyən müştərilər istənilən satış ofislərinə müraciət edə bilərlər. Bundan əlavə, (012) 940 əlaqə telefonuna zəng etməklə sığorta şəhadətnaməsini istənilən ünvana sifariş etmək olar.
www.apa.az
|
|
|
|