|
|
|
Sığorta | | | “AtaTravel” MMC Şahdağa 200-dən artıq turist göndərib |
10.02.2014 | |
| |
Baki, Finance Time. “Şahdağ Qış-Yay Turizm Kompleksi”turistlər tərəfindən böyük maraqla qarşılanır.“AtaTravel” MMC tərəfindən kompleksə artıq200-dən artıq turist göndərilib. “AtaTravel” MMC-nin direktor müavini Ərtoğrul Qafarov qeyd edib ki, “Şahdağ Qış-Yay Turizm Kompleksi”nə turist kimi getməyin bir nəfər üçün qiyməti avtobus, səhər yeməyi, bələdçi və fotosessiya daxil olmaqla 19 AZN təşkil edir. Təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də çəkinmədən “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gələ bilərlər. Burada yeni öyrənənlər üçün xüsusi təcrübə məkanı və peşəkar təlimçilərin olduğu xizək məktəbi də açılıb. Peşəkar xizəkçilər hazırda kompleksin istifadəyə verilmiş 7 xizək zolağından istifadə edirlər. Bu zolaqlardan məsafəyə görə ən böyüyünün uzunluğu 2 kilometrə bərabərdir. Turistlər xizək enişinə başlamaq üçün kompleksdə artıq istifadəyə verilmiş dörd kanat yolundan yararlanırlar”.
Qeyd edək ki, “AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaTravel” MMC 2011-ci ildə təsis edilmişdir. “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir. Həmçinin, kreditə və əlverişli şərtlərlə tur-paketlər əldə etmək mümkündür.
“AtaTravel” MMC-nin xidmətləri barədə ətraflı məlumat üçün telefon nömrəsinə 012 441 05 09zəng vuraraq nömrəli telefonla əlaqə saxlamaq mümkündür.
|
|
|
|