|
|
|
Sığorta | | | “PAŞA Həyat”ikisığorta hadisəsinə görə ümumilikdə 98 min manat həcmində birdəfəlik ödənişlər edib |
18.02.2014 | |
| |
Baki, Finance Time. Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli iki sığorta ödənişini həyata keçirib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, “PAŞA Həyat”da sığortalanmış iki işçi (iki müxtəlif sığortalı müəssisələrin əməkdaşları) istehsalat zamanı bədbəxt hadisə nəticəsində həyatlarını itirib. Müxtəlif vaxtlarda baş vermiş bədbəxt hadisələrə görə ümumilikdə 98,009 min manat həcmində sığorta ödənişi verilib. Belə ki, şirkət tərəfindən sığortalandığı müəssisələrdə istehsalat zamanı vəfat etmiş şəxslərin ailələrinə müvafiq olaraq 66,504 min manat, 31,505 min manat həcmində birdəfəlik ödənişlər həyata keçirilib.
“PAŞA Holding” şirkətlər qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növündən başqa, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları da təklif edir.Cari ilin fevral ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.
|
|
|
|