Baki, Finance Time. AXA MBASK Sığorta Şirkəti, öz ətrafında 30-dan artıq ölkənin işgüzar dairəsini cəmləşdirən Xəzər İnteqrasiya İşgüzar Klubundan (Caspian Integration Business Club) beynəlxalq Caspian Energy Integration Award-2014 mükafatını almışdır.
Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən dünyanın 32 ölkəsində, Xəzər-Qara dənizi və Baltik dənizi regionlarında fəaliyyət göstərən 1500 şirkətin top-menecerləri və orta səviyyə menecerləri (Xəzər İnteqrasiya İşgüzar Klubunun üzvləri və Caspian Energy beynəlxalq nəşriyyat evinin nəşrlərinin oxucu auditoriyası) arasında (7500 respondent) keçirilmiş sorğunun nəticələrinə görə, AXA MBASK “Keyfiyyətli xidmətə görə ilin şirkəti” mükafatına layiq görülmüşdür.
Təqdimat mərasimində mükafatı qəbul edən AXA MBASK SŞ İdarə Heyəti Sədrinin Birinci Müavini Selçuk Adıgüzel bu etimada görə təşəkkürünü bildirdi.
O, öz çıxışında şirkətin son vaxtda əldə etdiyi nailiyyətlərdən danışaraq, daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını, şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirilməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsini xüsusi vurğulayıb.
Qeyd etmək lazımdır ki, bu, şirkətin bazara çıxdığı gündən etibarən aldığı alıncı mükafatdır. Belə, Caspian Energy Integration Award-2014 mükafatdan əlavə, AXA MBASK Caspian Energy Integration Award-2013 və 2011 “İlin Sığorta Şirkəti” nominasiyada beynalxalq mükafatını almışdır. Həmçinin, şirkət “İlin Sığorta Şirkəti” nominasiyasında “Azeri Business Award” Milli mükafatına (2013), “Azərbaycan bazarında beynəlxalq sığorta təcrübəsinin tətbiqinə töhfə” (2010) və “İlin Sığorta Şirkəti” (2012) nominasiyasıyalarda UĞUR milli mükafatına layiq görülmüşdür.
Caspian Energy Integration Award-2014 mükafatı ilə təltif olunma mərasimi artıq onuncu dəfədir ki keçirilir və o, öz ölkəsinin ərazisində istehsal və sosial fəaliyyət sahələrində daha fəal çalışan, habelə dünya bazarlarında öz fəaliyyətinin coğrafiyasını dinamik şəkildə genişləndirən şirkətlərin, təşkilatların və dövlət strukturlarının başçılarına təqdim edilir.