Bakı, Finance Time. “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti iri sığorta ödənişini həyata keçirib.
Bakıda baş verən yol – nəqliyyat hadisəsi nəticəsində quşçuluq müəssisələrindən birinin təchizat üzrə meneceri həlak olmuşdur.
Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 17069 AZN təşkil edib. Məbləğ həlak olmuşun həyat yoldaşı və uşaqlarına təqdim olunub.
Hazırda “Atəşgah Həyat” SŞ - nə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 30-dan artıq sığorta hadisələri ilə bağlı müraciət daxil olub.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu 2010 - ci ilin dekabrından tətbiq olunmağa başlayıb.
“Atəşgah Həyat” SŞ həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.