|
|
|
Sığorta | | | «PAŞA Həyat Sığorta” şirkəti nizamnamə kapitalının həcmini 40,250 mln. manata çatdırıb |
10.04.2014 | |
| |
Baki, Finance Time. «PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı elan etdiyi əlavə emissiyanın yerləşdirilməsi prosesi uğurla başa çatdırılıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, «PAŞA Həyat Sığorta» ASC-nin ümumi sayı 7 000 ədəd olan adi adlı sənədsiz səhmlərinin hər birinin nominal dəyəri 3 600 manatdan 5 750 manatadək artırılıb. Bununla da, Şirkətin nizamnamə kapitalı 59,7% artırılaraq 40,250 mln. manata çatdırlıb.
“PAŞA Holding” Şirkətlər Qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.
|
|
|
|