|
|
|
Sığorta | | | “Paşa Sığorta” “İcbari Sığortanızı Almağa Tələsin!” aylıq kampaniyasına start verib |
27.04.2012 | |
| |
“Paşa Sığorta” şirkəti mayın 1-dən etibarən Bakıda və ölkənin regionlarında avtomobil sahiblərinin məsuliyyətinin icbari sığortasının aktiv təbliği məqsədilə bir aylıq “İcbari Sığortanızı Almağa Tələsin!” kampaniyasına başlayır.
Şirkətdən “APA-ECONOMICS”ə verilən məlumata görə, kampaniya çərçivəsində “Paşa Sığorta” avtosığortanın üstünlüklərinin təbliğatı üzrə tədbirlər keçirilməsini, sığorta mövzusunda televiziya və radio verilişlərinə sponsorluq edilməsini, aparıcı televiziya və radio kanallarında, çap mediasında və çöl reklamında icbari sığorta mövzusunda reklam rolikləri və billbordların yerləşdirilməsini nəzərdə tutur.
Aylıq kampaniya çərçivəsində üçüncü şəxslər qarşısında avtomobil üzrə məsuliyyətinin icbari sığortasına maraq göstərən avtomobil sahiblərini “Paşa Sığorta” şirkətindən sürprizlər gözləyir. Belə ki, şirkətin satış ofislərində yüksək keyfiyyətli və operativ xidmətə əlavə olaraq müştərilər sığorta polisi ilə yanaşı, Avtomobilçinin Tibbi Aptek Çantası və 30 litrlik benzin üçün Hədiyyə Kuponu əldə edəcəklər. Bundan başqa, sığorta olunmuş avtomobillərin sahibləri “Paşa Sığorta”nın mütəxəssislərindən avtomobillərin dövlət texniki baxışdan keçirilməsinə hazırlıq üzrə peşəkar məsləhətlər ala biləcəklər. Aylıq kampaniya 31 may 2012-ci ilədək davam edəcək.
Qeyd edək ki, “Paşa Holding”ə daxil olan “Paşa Sığorta” Səhmdar Cəmiyyəti cari kapitallaşma, sığorta yığımları, sığorta ödənişləri və məcmu aktivlər göstəricilərinə görə Azərbaycanın sığorta bazarının lideridir. İcbari Sığorta Bürosunun təsisçilərindən biri olaraq “Paşa Sığorta” şirkəti ölkədə avtomobil sahiblərinin məsuliyyətinin və daşınmaz əmlakın icbari sığortası bazarının aktiv iştirakçılarından biridir.
www.apa.az
|
|
|
|