Bu ilin aprel ayı ərzində Azərbaycanda “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 2,056 sığorta tələbi üzrə 2 mln. 641,866 min manatdan çox məbləğdə sığorta ödənişi həyata keçirilib.
İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat vasitələrinə dəyən zərər üzrə 1 908 sığorta tələbi ilə bağlı 2 347 066 manat, əmlaka dəyən zərər üzrə 69 sığorta tələbi ilə bağlı 109,8 min manat, sağlamlığa dəyən zərər üzrə 54 sığorta tələbi ilə bağlı 64,5 min manat və şəxsin ölümü üzrə 25 sığorta tələbi ilə bağlı 120,5 min manat ödənilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə həyata keçirilən sığorta ödənişlərinin məbləğində 26% artım müşahidə edilib. Bu ilin aprel ayında avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1 230 manat təşkil edib.
Ümumilikdə, yanvar-aprel ayları ərzində büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 7,7 mln. manatdan çox sığorta ödənişi həyata keçirilib.
www.apa.az