1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” ISO üzrə beynəlxalq uyğunluq sertifikatını yeniləyib
05.05.2014

Baki, Finance Time.  “PAŞA Həyat Sığorta” ASC-nin ISO 9001:2008 beynəlxalq keyfiyyət standartına uyğunluğunun yenilənməsi üçün “TÜV Thüringen” beynəlxalq sertifikatlaşdırma şirkəti tərəfindən növbəti audit keçirilib.  

“PAŞA Həyat Sığorta” şirkətinin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, audit müştərilərin şirkət tərəfindən təqdim olunan məhsul və xidmətlərdən məmnunluq səviyyəsinin artırılması məqsədi ilə şirkətdə keyfiyyətin idarəetmə sisteminin standartının bütün tələblərinə uyğunluğunun yoxlanılması üçün keçirilib.

Audit zamanı keyfiyyətin idarəetmə sisteminin planlaşdırılmasının və tətbiqinin səmərəliliyi, həmçinin şirkətin siyasətində əks olunmuş məqsədlərə nail olunmasında effektivliyi dərəcəsi də yoxlanılıb. Uğurla yekunlaşan yoxlama zamanı, keyfiyyət idarəetmə sisteminin inkişafında şirkətin əməkdaşlarının yüksək peşəkarlığının rolu xüsusi ilə qeyd olunub.

Qeyd edək ki, yenilənən ISO 9001:2008 beynəlxalq keyfiyyət uyğunluq sertifikatı Şirkətin sayca ikinci sertifikatı sayılır. İlk İSO sertifikatı 2011-ci ldə verilib və həmin ildən etibarən hər il “TÜV Thüringen”tərəfindən “PAŞA Həyat Sığorta” şirkətində nəzarət auditi keçirilir.

“PAŞA Holding” Şirkətlər Qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü  həyat sığortası məhsulları təklif edir.

“PAŞA Həyat Sığorta” İcbari Sığorta Bürosunun iştirakçısıdır. Şirkət Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycan-Amerika Ticarət Palatasına (AMCHAM) üzvdür.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment