Baki, Finance Time. Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan “Atəşgah” SŞ hüquqi şəxslərin əmlak sığortası üzrə iri ödəniş həyata keçirib.
Belə ki, Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində baş verən yanğın nəticəsində qiymətli saat və aksessuarlar yanmışdır. Sığorta ödənişi – təqribən $100 min. (74 min. AZN)
həmin saat və aksessuarlar satılan mağazaya verilmişdir.
Əmlak sığortası «Atəşgah» SŞ-nin əsas istiqamətlərindən biridir və yanğın və ya tüstü nəticəsində zədələnmə, ildırım vurması, məişət qazının partlaması, sığortalanmış əmlakın üstünə uçan alətlərin və yaxud onların qırıqlarının düşməsi, təbii fəlakətlər, sığortalanmış əmlakın su kəməri xətti, kanalizasiya, isitmə və yanğına qarşı sistemdən axan su nəticəsində zədələnməsi və digər riskləri əhatə edir.