1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask yaxşı sürücüləri dəstəkləyir
16.05.2014

Şirkət “Yaxşı sürücü” adlı yeni sosial layihəyə start verib

Baki, Finance Time.  AXA MBASK sığorta şirkəti ölkəmizin yollarında və küçələrində təhlükəsizliyin təmin edilməsi probleminin xüsusi aktuallığı nəzərə alaraq, yol hərəkətinin təhlükəsizliyi üzrə “Yaxşı sürücü” adlı yeni sosial layihə işləyib  hazırladı.

Avtomobillərin sayının çoxalması, hərəkət sürətinin artması, elementar yol hərəkəti qaydalarına əməl edilməməsi, avtomobildə təhlükəsizlik kəmərlərindən və uşaq oturacaqlarından istifadə edilməməsi yol-nəqliyyat hadisələrinin və bu hadisələr nəticəsində yaranan travmaların əsas səbəbləridir.

“Yaxşı sürücü” – sosial layihəsinin məqsədi yol hərəkəti iştirakçılarının yollarda məsuliyyətli davranışını stimullaşdırmaq, eləcə də vicdanlı və məsuliyyətli sürücüləri həvəsləndirməkdir.

Bu layihə çərçivəsində AXA MBASK şirkətinin nümayəndələri bir ay ərzində əsasən yol hərəkətinin intensiv olduğu küçələrdə və prospektlərdə sürücülərə yolda davranışın əsas qaydaları haqqında məlumat vərəqələri paylayacaq, eləcə də avtomobildə təhlükəsizlik kəmərlərindən və uşaq oturacaqlarından istifadə edilməsinin zərurətindən bəhs edəcəklər.

Qeyd etmək lazımdır ki, bu sosial təşəbbüs çərçivəsində məsuliyyətli sürücülər üçün gələcəkdə şirkət tərəfindən xüsusi sığorta proqramları işlənib hazırlanancaq, təhlükəsiz avtomobil idarə etmə mədəniyyətinin aşılanmasına və tətbiq edilməsinə yönəlmiş, uşaqları və böyükləri əhatə edən müntəzəm tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Belə, sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində  “İlin sığorta şirkəti” kimi altı  beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment