1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” beynəlxalq mükafata layiq görülüb
03.06.2014

Baki, Finance Time.  “PAŞA Həyat Sığorta” şirkəti Rumıniyada keçirilən “FIAR 2014 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu”nda xüsusi beynəlxalq mükafata layiq görülüb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, "XPRIMM Insurance Report" beynəlxalq sığorta jurnalı tərəfindən təşkil edilən Forum çərçivəsində “PAŞA Həyat”  Azərbaycanda “ən mənfəətli həyat sığortası şirkəti” nominasiyası üzrə mükafata layiq görülüb.

Mükafatların təqdimetmə mərasimində iştirak edən “PAŞA Həyat Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov öz çıxışında şirkətin əsas fəaliyyət istiqamətləri,   maliyyə göstəriciləri, həmçininəldə olunanuğur və nailiyyətləri haqda geniş məlumat verib.

N.İsmayılov çıxışının sonunda “PAŞA Həyat Sığorta” şirkətinin belə nüfuzlu nominasiya üzrə beynəlxalq mükafatla təltif edilməsinə görə təşkilatçılara və layihənin bütün iştirakçılarına dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, forum çərçivəsində Şərqi Avropa və MDB ölkələrinin ən yaxşı sığorta, təkrarsığorta və broker şirkətləri, həmçinin ictimai təşkilatlar da  mükafatlandırılıb.

Xatırldaq ki, Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu 1998-ci ildən təşkil edilir. Hər il tədbirdə 500-dən çox nümayəndə iştirak edir. Tədbirə Avropanın sığorta, təkrarsığorta, bank, lizinq, konsultant, audit, İT və Kommunikasiya sektoru şirkətlərinin lider və mütəxəssislərindən ibarət iştirakçıları qatılır. Forum hər il bir ölkənin təmsilçiliyi ilə keçirilir. Bu il forumda təmsilçi tərəf Azərbaycan olub.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment