|
|
|
Sığorta | | | Yanvar-may aylarında həyat sığortası bazarında 52 faiz artım olmuşdur |
16.06.2014 | |
| |
Bu ilin yanvar-may aylarında Azərbaycanda toplanan sığorta haqlarının 27 faizi (50 milyon manat) həyat sığortası üzrə yığımların payına düşmüşdür. Ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 17 milyon manat və ya təxminən 52 faiz artmışdır.
AzərTAc xəbər verir ki, həyat sığortası üzrə yığımların 51,7 faizi (25,8 milyon manat) həyatın yaşam sığortasının, 35 faizi (17,5 milyon manat) istehsalatda bədbəxt hadisələrdən sığortanın, 13,3 faizi (6,6 milyon manat) həyatın ölüm halından sığortasının, 34 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşmüşdür.
Həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 2,9 milyon manat olmuşdur. Bu da ümumi ödənişlərin 5,3 faizini təşkil etməklə 2013-cü ilin eyni dövrünə nisbətən 1,2 milyon manat və ya təxminən 73 faiz çoxdur.
Həyat sığortası üzrə ödənişlərin 56,4 faizi (1,65 milyon manat) həyatın yaşam sığortasının, 30,9 faizi (0,9 milyon manat) istehsalatda bədbəxt hadisələrdən sığortanın, 12,7 faizi (370 min manat) isə həyatın ölüm halından sığortasının payına düşmüşdür.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 5,84 manata yaxın ödəniş həyata keçirilmişdir. Ötən ilin yanvar-may aylarında bu göstərici 5,14 manat olmuşdur.
www.azertag.com
|
|
|
|