|
|
|
Sığorta | | | İyunda 76,5 min sığorta müqaviləsi bağlanmışdır |
10.07.2012 | |
| |
İyun ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 76,5 min müqavilə bağlanmışdır.
İcbari Sığorta Bürosundan AzərTAc-a bildirilmişdir ki, bunların da 19,8 minini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzitlə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 aylığa bağlanmış müqavilələr təşkil etmişdir.
Bir ayda bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə ümumilikdə 6,1 milyon manata yaxındır.
www.azertag.com
|
|
|
|