|
|
|
Sığorta | | | Qeyri-həyat sığortası bazarı 1,15 milyon manat artmışdır |
23.06.2014 | |
| |
Cari ilin ilk 5 ayında Azərbaycanda sığorta haqlarının 137 milyon manatı (73 faiz) qeyri-həyat sığortasının payına düşmüşdür. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı cəmi 1,15 milyon manat artmışdır.
Qeyri-həyat sığortası üzrə yığımların 31 faizi (42,5 milyon manat) tibbi sığortanın, 18,4 faizi (25,2 milyon manat) avtomobillərin icbari sığortasının, 10,5 faizi (14,4 milyon manat) kasko sığortanın, 9,3 faizi (12,8 milyon manat) əmlakın yanğından və digər risklərdən sığortasının, 4,5 faizi (6,2 milyon manat) daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyat sığortası növlərinin payına düşmüşdür.
Bu müddətdə sığorta bazarındakı ödənişlərin 94,7 faizi (52,3 milyon manat) qeyri-həyat sığortasına aid olmuşdur. Qeyri-həyat sığortası üzrə ödənişlərin 36,3 faizi (19 milyon manat) tibbi sığortanın, 21,4 faizi (11,2 milyon manat) kasko sığortanın, 20,7 faizi (11 milyon manat) avtomobillərin icbari sığortasının, 10,9 faizi (5,7 milyon manat) əmlakın yanğından və digər risklərdən sığortasının, 1,7 faizi (868 min manat) isə daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyat sığortası növlərinin payına düşmüşdür.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 38,2 manat ödəniş həyata keçirilmişdir. Bu göstərici ötən ilin yanvar-may aylarında 34,8 manat olmuşdur.
www.azertag.com
|
|
|
|