Baki, Finance Time. Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli iki sığorta ödənişini həyata keçirib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, “PAŞA Həyat” tərəfindən sığortalanmış iki işçi (iki müxtəlif sığortalı müəssisənin əməkdaşları) istehsalat zamanı bədbəxt hadisə nəticəsində həyatını itirib. Müxtəlif vaxtlarda baş vermiş bədbəxt hadisələrə görə ümumilikdə 99,149 min manat həcmində sığorta ödənişi verilib.
Belə ki, şirkət tərəfindən sığortalandığı müəssisələrdə istehsalat zamanı vəfat etmiş şəxslərin ailələrinə müvafiq olaraq 52,317 min manat və 46,832 min manat həcmində birdəfəlik ödənişlər həyata keçirilib.
“PAŞA Holding” Şirkətlər Qrupunun uğurlu üzvlərindən biri olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitallının həcmi 40,250 mln. manat təşkil edir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.