1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Azsığorta” beynəlxalq mükafata layiq görülüb
24.06.2014

İyunun 19-20-də Bakıda keçirilən V Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində “Kempinski Hotel Badamdar” hotelində Ənənəvi Azərbaycan Gecəsi keçirilib.

Tədbirdə Azərbaycanın ən uğurlu sığorta şirkətlərindən olan “Azsığorta” ASC-nin mükafatlandırılma mərasimi baş tutub.

Şirkətdən “APA-Economics”ə verilən məlumatına görə, “Azsığorta” ASC bu mükafata Rumıniyada keçirilən FİAR-2014 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumunda  Azərbaycanın qeyri-həyat sığortası bazarında ən böyük mənfəət əldə edən sığorta şirkəti kimi layiq görülüb.

Belə ki, 2013-cü ili "Azsığorta" ASC 20,8 mln. manatdan artıq mənfəətlə başa vurub. İlin yekunlarına görə, şirkət dövlət büdcəsinə 6 mln. manatdan artıq vergi ödəyib, xalis mənfəəti 16,7 mln. manat təşkil edib.

2006-cı ildən fəaliyyətə başlayan “Azsığorta” ASC hüquqi və fiziki şəxslərə çoxsaylı sığorta xidmətləri göstərir. Şirkət həm topladığı sığorta yığımlarının həcminə, həm ödənişlərinə görə bazarın liderlərindən biridir.

Hazırda "Azsığorta" ASC əməkdaşlarının sayına və regionlardakı filiallarının miqdarına görə, ölkənin ən böyük sığorta şirkətlərindən sayılır.

İyunun 19-20-də Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə Qafqaz regionunun ən böyük sığorta tədbiri olan V Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2014) keçirilib. Foruma dünyanın 24 ölkəsindən 250 nümayəndə qatılıb. Tədbirdə Böyük Britaniya, Almaniya, Belçika, Fransa, Avstriya, Rumıniya, Türkiyə və Rusiyanın sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış ən aparıcı ekspertləri, Avropanın ən iri təkrarsığorta şirkətlərindən olan Swiss Re, Munich Re, Gen Re, Everest Re, Barents Re və Hannover Re şirkətlərinin nümayəndələri qatılıb. Forumda həyat sığortası, tibbi sığorta, avtomobil sığortası və risklərin idarə edilməsi mövzularında təqdimatlar keçiriblər.

Ənənəvi Azərbaycan Gecəsinin baş sponsoru "Azsığorta" ASC olub.

www.apa.az

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment