1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycanın sığorta bazarında ilk dəfə Beynəlxalq Sığorta Şirkəti 3 milyon dollar kredit alıb
02.07.2014

“Beynəlxalq Sığorta Şirkəti” ASC ilə Hollandiyanın “ING BANK N.V.” bankı arasında şirkətə 3 mln. ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə imzalanıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı təşkil olunmuş tədbirdə çıxış edən şirkətin rəhbəri Məmməd Sadıx Məmmədov götürülmüş kredit haqqında jurnalistlərə ətraflı məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın sığorta bazarında ilk dəfə olaraq reallaşdırılan bu layihə şirkət tərəfindən biznesin inkişafında strateji hədəflər nəzərə alınmaqla, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq ənənələrinin yaradılması məqsədi daşıyır: “Kredit vəsaitinin şirkətin ümumi korporativ məqsədləri üçün, o cümlədən müştəri portfelinin genişləndirilməsi, gəlir mənbələrinin diversifikasiyası və sığorta xidmətlərinin təkmilləşdirilməsində istifadə olunması nəzərdə tutulub. Müqaviləyə əsasən, kredit vəsaiti “ING BANK N.V.” bankının Amsterdam (Niderland Krallığı) ofisi tərəfindən “Beynəlxalq Sığorta Şirkəti” ASC-yə 370 gün müddətinə verilir. Müqavilədə kredit müddətinin və məbləğin artırılması da nəzərdə tutulub. “Beynəlxalq Sığorta Şirkəti” “İNG Group”a daxil olan sığorta şirkəti ilə əməkdaşlıq etməyi düşünür, bu istiqamətdə danışıqlar gedir. Hazırda “Beynəlxalq Sığorta Şirkəti” beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq istiqamətində işləri davam etdirərək bir sıra yeni layihələr üzərində də işləyir.

M.Məmmədov şirkətin regionlarda fəaliyyətində maraqlı olduqlarını vurğulayaraq, ilin sonunadək regionlarda əsasən Lənkəran, Qusar və digər bölgələrdə 6 filial və nümayəndəliklərin açılacağını bildirib. Növbəti olaraq şirkətin yeni məhsullar üzərində işlədiyini deyən M.Məmmədov bu məhsulların sığorta bazarında avtomobil kreditlərinin şərtlərinin sərtləşməsindən sonra yaranan avtomobil sığortasının tənəzzülünü nəinki aradan qaldıracağını, hətta 1,8 dəfə daha çox effekt verəcəyini və bu məhsulların müxtəlif sığorta növlərinin əhatə edəcəyini qeyd edib.

Tədbirdə şirkətin yeni istifadəyə verilmiş müasir tələblərə cavab verən rəsmi internet səhifəsini jurnalistlərlə tanış edən İdarə Heyətinin sədr müavini İlham Ağayev burada şəxsi kabinet vasitəsilə müştərinin öz sığorta şəhadətnaməsinə baxa və çapa verə biləcəyini, əlavə olaraq digər yeniliklər barədə məlumatlar verib.

Sonda tədbirdə çıxış edən Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov “Beynəlxalq Sığorta Şirkəti”nin fəaliyyətini müsbət qiymətləndirərək, artıq Azərbaycanda sığorta anlayışının müsbət mənada dəyişdiyini və bu dəyişimi kəmiyyətdən keyfiyyətə keçid kimi qiymətləndirdiyini deyib. Sığorta bazarında ən böyük problemlərdən birinin əmlak sığortası olduğunu deyən O.Bayramov “çıxarışı olmayan yeni tikililərin və digərlərinin sığortalana bilməməsi problem olaraq qalır” bununla bağlı danışıqların getdiyini bildirib. Bir neçə sığorta şirkətinin könüllü kasko sığortasının şərtlərində dəyişiklər etməklə bağlı təkliflərin olduğunu deyən sədr yaxın vaxtlarda bunu sığorta şirkətlərlə birlikdə müzakirəyə çıxaracaqlarını və şərtlərin sadələşdiriləcəyini deyib.

Qeyd edək ki, 2002-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən təsis edilmiş “Beynəlxalq Sığorta Şirkəti” hazırda həm fiziki, həm də hüquqi şəxslərə 32 sığorta növü üzrə xidmətlər göstərir. Şirkətin nizamnamə kapitalı 14 800 000 manat təşkil edir.

www.apa.az


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment