Gürcüstan paytaxtında aviasiyaya həsr olunan üçgünlük Routes Silk Road 2014 sammiti başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, sammiti Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Georgi Kvirikaşvili açıb.
Məlumata görə, sammitin birinci günündə viza rejiminin liberallaşdırılması, turizmin inkişafına dövlət dəstəyi və müasir aviasiyanın inkişaf etdirilməsi məsələlərinə baxılıb. Tədbirdə Gürcüstanın iqtisadiyyat və sabit inkişaf nazirinin birinci müavini Dmitri Kumsişvili, “Gürcüstanın Birləşmiş aeroportları” şirkətinin direktoru Ketevan Aleksidze və beynəlxalq şirkətlərin nümayəndələri çıxış ediblər. Sammitdə 60 yaxın aviaşirkətdən və hava limanlarından 300 nümayəndə iştirak edib. Tədbirdə Azərbaycanı Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) hava gəmilərinin uçuş marşrutlarının planlaşdırılması şöbəsinin rəisi Nikolay Karyev iştirak edib.
Sammitdə MDB-yə üzv olan ölkələr iştirak edir və bu gün ikitərəfli görüşlərdə aviaşirkətlər və aeroportlar hava məkanlarında yeni marşrut yollarının açılması imkanlarını müzakirə ediblər.
Sammit sabah öz işinə davam edəcək.
www.apa.az