|
|
|
Sığorta | | | Azərbaycanın sığorta bazarı 7,1 % artıb |
17.07.2014 | |
| |
Baki, Finance Time. Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 212 milyon manat sığorta haqqı toplanıb. Fins.az-ın məlumatına görə bu barədə bugün Azərbaycan Sığortaçılar Assosiasiyasında keçirilən mətbuat konfransında məlumat verilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyon manat və ya 7,1% çoxdur.
2014-cü ilin ilk 6 ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 65,4 milyon manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 7,3 milyon manat və ya 12,6% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 30,9 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyun aylarında 29,3 manat olub.
|
|
|
|