1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Həyat sığortası bazarı 53% artıb
17.07.2014

Baki, Finance Time. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanan sığorta haqlarının 26,4%-i və ya 56 milyon manatı həyat sığortası üzrə yığımların payına düşüb. Fins.az-ın məlumatına görə bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bu gün keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 19,5 milyon manat və ya təxminən 53% böyüyüb.

“Gələcəkdə həyat sığortasının bazardakı payı 30-35% olacaq. Çünki həyat sığortasına maraq getdikcə artır. Bu növ sığortanın ən böyük üstünlüyü qoyulmuş pulun istənilən halda qayıtmasıdır. Hadisə olsa da, olmasa da, bu, əhalini maraqlandıran əsas məsələdir” – deyə Orxan Bayramov bildirib.

Həyat sığortası üzrə yığımların 51,85% və ya 29,1 milyon manatı həyatın yaşam sığortasının, 33,7%-i və ya 18,9 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 14,3%-i və ya 8 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 85 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2014-cü ilin ilk 6 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 3,5 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 5,3%-ni təşkil etməklə 2013-cü ilin eyni dövrünə nisbətən 1,5 milyon manat və ya təxminən 76% çoxdur. 

Həyat sığortası üzrə ödənişlərin 55,3%-i və ya 1,93 milyon manatı həyatın yaşam sığortasının, 32,6%-i və ya 1,14 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11,8%-i və ya 411 min manatı həyatın ölüm halından sığortasının, cəmi 12500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb.  Yeri gəlmişkən, sonuncu növ üzrə ödəniş ilk dəfə ötən ay keçirilib.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 6,24 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-iyun aylarında bu göstərici 5,43 manat olub.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment