|
|
|
Sığorta | | | Azərbaycanın sığorta bazarı 9,9% artıb |
14.08.2014 | |
| |
Baki, Finance Time. Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 251,7 milyon manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,7 milyon manat və ya 9,9% çoxdur.
2014-cü ilin ilk 7 ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 78 milyon manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 9,1 milyon manat və ya 13,2% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 31 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyul aylarında 30 manat olub.
|
|
|
|