Baki, Finance Time. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta haqlarının 188,2 milyon manatı və ya 74,8%-i qeyri-həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı сəmi 0,1 milyon manat və ya təxminən 0,05% azalıb.
Qeyri-həyat sığortası üzrə yığımların 24,3%-i və yaxud 45,8 milyon manatı tibbi sığortanın, 20,1%-i və ya 37,8 milyon avtomobillərin icbari sığortasının, 11,3%-i və ya 21,2 milyon manatı kasko sığortanın, 9,8%-i və ya 18,5 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,6%-i və ya 10,5 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.
2014-cü ilin ilk 7 ayında sığorta bazarındakı ödənişlərin 93,8%-i və ya 73,2 milyon manatı qeyri-həyat sığortasının payına düşüb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 6,8 milyon manat və ya təxminən 10,2% çoxdur.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,3%-i və ya 27,3 milyon manatı tibbi sığortanın, 21,6%-i və ya 15,8 milyon manatı kasko sığortanın, 22,3%-i və ya 16,3 milyon manatı avtomobillərin icbari sığortasının, 8%-i və yaxud 5,9 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,8%-i və ya 1,3 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 38,9 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyul aylarında 35,3 manat olub.