Baki, Finance Time. Bu ilin yanvar-iyul aylarında sığorta haqlarının 66%-i və ya 166,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3% və ya 18,2 milyon manat çoxdur.
İcbarı sığorta növləri üzrə yığımlar isə 85,1 milyon manat və ya bazarın 34%-ni təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 5,6% və ya 4,5 milyon manat artıb.
2014-cü ilin ilk 7 ayında ümumi ödənişlərin 69,2%-i və ya 54 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 11,3% və ya 5,5 milyon manat artıb. İcbarı sığorta növləri üzrə ödənişlər isə 17,2% və ya 3,5 milyon manat artaraq 23,9 milyon manata çatıb.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 32,45 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-iyun aylarında bu göstərici 32,66 manat olub. İcbarı sığorta üzrə toplanan hər 100 manat üzrə ödəniş isə ötən ilki 25,3 manatdan 28,1 manata qalxıb.