|
|
|
Sığorta | | | “AtaSığorta” ASC yeni filial və nümayəndəliklər açmışdır |
16.07.2012 | |
| |
Bakı, Finance Time. “AtaSığorta” ASC şirkətin inkişaf strategiyasına müvafiq olaraq, habelə regionlarda biznes fəaliyyətinin genişləndirilməsi və icbari sığorta qanunvericiliyinin yeni tələblərinin yerinə yetirilməsi məqsədilə daha 2 filial və 4 nümayəndəlik açmışdır. Filiallar Sumqayıt və Xaçmaz, nümayəndəliklər Göyçay, Zaqatala, Şamaxı və Lənkəran şəhərlərində fəaliyyətə başlamışdır. Beləliklə, 1 iyul 2012-ci il tarixdən etibarən “AtaSığorta” ASC 4 filial və 4 nümayəndəlik vasitəsilə biznes fəaliyyəti göstərir. Bundan əlavə Şirkət agent şəbəkəsinin də genişləndirilməsi tədbirlərini həyata keçirir.
“AtaSığorta” ASC 2012-ci ilin 1-ci Yarımili ərzində 6,277 mln. manat sığorta haqları toplamış və 1,289 mln. manat sığorta ödənişləri vermişdir.
“AtaSığorta” ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Şirkət “İcbari Sığorta Bürosu”nun təsisçisi və iştirakçısıdır. Şirkət sığortanın 22 könüllü və 4 icbari növləri üzrə məhsullar təqdim edir. Səhmdarı “AtaHoldinq” ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 5,6 milyon manat təşkil edir.
|
|
|
|