Baki, Finance Time. “PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmlisığorta ödənişini həyata keçirib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, “PAŞA Həyat”da sığortalanmış işçi istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsindəhəyatınıitirib.
Baş vermiş bədbəxt hadisəyə görə, zərəçəkmişin ailəsinə 35,252 min manat həcmində birdəfəlik sığorta ödənişi verilib.
“PAŞA Holding” Şirkətlər Qrupunun üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.