Baki, Finance Time. “PAŞA Həyat Sığorta” şirkətikönüllü həyat sığortası üzrə iri həcmlisığorta ödənişini həyata keçirib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, həyat sığortasının “Sağalmaz xəstəliklər” növü üzrə “PAŞA Həyat”da sığortalanmış müştəridə sığorta olunduğu müddətdə aparılmış tibbi ekpertizanın nəticələri əsasında ağır xəstəlik müəyyən olunub.
Müvafiq sığorta qaydalarına uyğun olaraq, zərərçəkmiş şəxsə xəstəliyinin müalicəsi üçün “PAŞA Həyat” tərəfindən 50 min manat həcmində birdəfəlik sığorta ödənişi verilib.
“PAŞA Holding” Şirkətlər Qrupunun üzvü olan “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.