|
|
|
Sığorta | | | Dövlət Sığorta Nəzarəti Xidmətinin «Sığorta Akademiyası» layihəsi başa çatıb |
18.07.2012 | |
| |
Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) «İrəli» İctimai Birliyi, «Standard Insurance» və «Qarant Sığorta» şirkətləri ilə birlikdə «Sığorta Akademiyası» layihəsinin bağlanış mərasimini keçirib.
«APA-ECONOMICS»in məlumatına görə, bağlanış mərasimində «İrəli» İctimai Birliyinin sədri Rauf Mərdiyev və DSNX-nin əməkdaşı, layihə rəhbəri Orxan Bayramov iştirak ediblər.
O.Bayramov layihənin həyat keçirildiyi müddət ərzində iştirakçıların sığorta sahəsində yiyələndikləri bilik və təcrübə barədə danışıb, təşkilatçıların gələcəkdə birgə əməkdaşlıq çərçivəsində yeni layihələrə imza atacaqlarını qeyd edib.
Sonda imtahanda 70 baldan yuxarı nəticə göstərən 6 nəfər iştirakçıya diplom, digər iştirakçılara layihəni uğurla bitirdiklərinə görə sertifikat təqdim edilib.
Xatırladaq ki, «Sığorta Akademiyası» layihəsi 3 ay müddətində davam edib. Layihə çərçivəsində iştirakçılar ölkənin sığorta üzrə ən tanınmış mütəxəssisləri tərəfindən intensiv kurslar, sığorta şirkətlərində praktika keçiblər. Layihənin sonunda 5 nəfər iştirakçı «Standard Insurance», «Atəşgah» və «A-Group» sığorta şirkətlərində işlə təmin olunma imkanı qazanıblar.
www.apa.az
|
|
|
|