1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


Azərbaycanı qazlaşdıracaq şirkət müəyyənləşib
24.07.2012

Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi ölkənin qazlaşdırılması işləri ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

İB-dən «
APA-ECONOMICS»ə verilən məlumata görə, ölkənin bütün ərazisində qazlaşdırma işlərinin aparılması üzrə tenderdə «Qlobal Servis» MMC şirkətinin digər 45 yerli şirkətlə yaratdığı alyans qalib gəlib. «Qlobal Servis» şirkəti bu alyansın operatoru qismində çıxış edir.

Qeyd edək ki, «Qazlaşdırma və qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar işlərin satın alınması» üzrə tenderin son mərhələsində 3 şirkət iştirak edib. Bunlar Türkiyənin «Tekfen», yerli «Olimp mühəndislik» və «Qlobal Servis» şirkətləridir.

Artıq «Azəriqaz»la «Qlobal Servis» MMC arasında bununla bağlı müqavilə imzalanıb. Müqavilənin dəyəri 1 mlrd. 71 mln. 63 min manat təşkil edir.

Müqaviləyə uyğun olaraq Azərbaycanda həyata keçirilən bütün qaz layihələri bu şirkətə həvalə edilib və şirkət bütün ölkənin qazlaşdırmasını həyata keçirəcək. «Azəriqaz» İB-in Yeni qazlaşma və inkişaf şöbəsindən verilən məlumata görə, söhbət qazlaşdırma işlərinin dövlət başçısının sərəncamları ilə müəyyənləşdirilən müddətdə - 2013-cü ilin sonunadək başa çatdırılmasından gedir. Həmin sərəncamlara əsasən, gələn ilin sonunadək ölkə ərazisinin 95%-i qazlaşdırmalıdır: «Söhbət həm Bakının, həm rayonların, həm də kəndlərin qazlaşdırılmasından gedir».

Qeyd edək ki, əvvəlcədən təsdiqlənmiş qrafikə əsasən bu il ərzində Bakıda qazlaşdırma işləri başa çatacaq. Qazlaşdırma işləri üzrə yeni operatorun seçilməsi ilə əlaqədar «Azəriqaz» bu sahədə podratçılarla işini dayandıracaq və bu işi yeni şirkət həyata keçirəcək. 

www.apa.az


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment