1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Saxo Trader GO” platforması “Touch ID” dəstəyini təqdim edir
28.12.2015

“Saxo Bank” mobil platformasını təkmilləşdirir

Onlayn treydinq və investisiya üzrə ekspert sayılan “SaxoBank” “Saxo Trader GO” platformasına biometrik parametrlərə əsasən identifikasiya xidmətini əlavə edib.

Daim innovativ həllər təklif edən “Saxo Bank” “Touch ID” vasitəsilə avtorizasiya texnologiyasını dəstəkləyən “iPhone” mobil telefonları və “iPad” planşetləri üçün yenilənmiş tətbiq təqdim edib. Bununla yanaşı tətbiqdə əlavə funksiya kimi bir neçə hesab üzrə verilənlərinyaddaşda saxlanılması mümkündür.

“SaxoBank”ın Ticarət Platformaları bölməsinin rəhbəri KristianHammer bu yeniliklə bağlı fikirlərini bölüşüb: «”SaxoTraderGO” platforması istifadəyə verildikdən sonra mobil cihazlarla sövdələşmələrdə iştirak edən müştərilərin sayında dayanıqlı artım müşahidə edirik. “Touch ID” texnologiyası sayəsində biz yüksək dərəcəli təhlükəsizlik təminatı ilə hesaba girişi sadələşdirdik. Dekabr ayı üçün olan məlumata əsasən müştərilərimizin 50%-dən çoxu “SaxoTraderGO” platformasına keçib. Biz texnologiya və innovasiyalaraxüsusi diqqət ayırırıq və məhz bu səbəbdən insanlar bu platformanı seçir».

Tətbiqin daha bir yeniliyi müştərilərə “Saxo Bank” treyderləri ilə ünsiyyətdə olmağa imkan verən çatın əlavə olunmasıdır.  Platformanın kompüter versiyası artıq çoxekranlı rejimi dəstəkləyir ki, bu funksiya qrafik təsvirli modulu ayrıca pəncərədə açmağa imkan verir. Bununla müştərilər platformanın əsas pəncərəsindən ayrılmadan ikinci ekranda işləyə biləcəklər.

“SaxoTraderGO” – bank tərəfindən “OpenAPI” bazası əsasında işlənib hazırlanmış və bu ilin may ayında istifadəyə verilmiş yeni nəsil ticarət platformasıdır. “OpenAPI” ETF, səhmlər, CFD, fyuçers, opsion və valyuta üzrə ticarət dövrünün bütün mərhələlərini– ticarət öncəsi mərhələ, icra mərhələsi və sövdələşmədən sonra - əhatə edən xidmət infrastrukturudur. Bu alət “SaxoBank”ıninstitusional müştərilərinə öz müasir həllərini hazırlamağa, ticarət və investisiya imkanlarını öz sistem və tətbiqlərinə inteqrasiya etməyə imkan verir.

“Saxo Bank” haqqında:

“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan ”Saxo Bank” müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş ” SaxoTrader” platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı ”SaxoPrivatbank” vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş “SaxoBank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment