1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Saxo Bank” valyuta bazarı üzrə tarifləri 50%-dək azaldır
16.02.2016

Valyutavə fond bazarları üzrə yeni şəffaf qiymət strukturu fəal treyderlərə əlavə üstünlük verir.

Baki, Finance Time. Onlayn ticarət və investisiya üzrə ekspert sayılan “Saxo Bank” yeni qiymət strukturunu təqdim edir. Bu yenilikvalyuta əməliyyatları üzrə ticarət xərclərini 50%-dək azaldaraq səhm ticarətini hər əməliyyat üçün 6 ABŞ dolları qiymətinə həyata keçirməyə imkan yaradır.

Yenilənmiş qiymətmodeli bankınsürətlə artan fəal treyderlərin tələblərini ödəmək və qiymətləndirmənin şəffaflığını təmin etmək məqsədi daşıyır. EUR/USD valyuta cütlüyü üzrə spred cəmi 0,2 bənd təşkil edir və bu dəyişiklik dərhal qüvvəyə minir.Bununla yanaşı yeni struktur valyuta bazarları iştirakçılarına ticarət tələblərinə uyğun xüsusi tarif planı seçmək və hər sövdələşməyə görə ümumi xərcləri azaltmaq fürsəti təqdim edir. 

Digər bir yeniliyə görə, bir təqvim ayı ərzində qiymətli kağızlar, ETF indeks fondları və CFD-lər (qiymət fərqinə dair müqavilələr) üzrə 100 və daha artıq sövdələşmə həyata keçirən investorlar “Aktiv Qiymətlər Planı” siyahısına daxil olaraq daha səmərəli tariflər əldə edə bilərlər. İnvestorlar ABŞ, Avropa və Asiyanın 36-dək birjasında 19 min qlobal qiymətli kağızdan faydalana bilər. “Saxo Bank”ın çoxsaylı mükafatlara layiq görülmüş multi-aktivlərin ticarəti üzrə platforması vasitəsilə bankın müştəriləri təqdim olunan 30 min maliyyə alətindən istifadə edərək foreks, CFD-lər, fyuçerslər, opsionlar və fond qiymətli kağızları ilə sövdələşmələrdə iştirak edə bilərlər.

“Saxo Bank”ın Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru, Fərdi Biznes bölməsininrəhbəri Emmanuil Lemonakisin (Emmanouil Lemonakis) yeni qiymət strukturunu şərh edərək bildirib: “İnvestisiya və treydinq sənayesində əhəmiyyətli dəyişiklər baş verir. Sözügedən dəyişikliklər xüsusilə onlayn investorların artan sayında, həmçinin onların ehtiyaclarında müşahidə olunur. Bir çox treyderlərimiz yüksək fəallıqla böyük həcmli sövdələşmələrdə iştirak edir və yeni qiymət strukturumuz “Saxo Bank”ın müştərilərinə yüksək şəffaflıq və ən sərfəli qiymətləndirmədən yararlanmağa imkan verir”.

İnvestorların təqdim edilən üç FX tarif planı arasında düşünülmüş seçim etməsinə yardımçı olmaq üçün onlara keçmiş və cari spredlər haqda ətraflı məlumat verilir:

1.     “Kompleks FX tarifplanı” –  valyutaların alış və satış qiymətləri arasındakı fərqi geniş şəkildə ardıcıllıqla nümayiş etdirir və həcmdən asılı komissiya haqqından azad edir.

2.     “Həcmdən asılı FX tarif planı” – daha sıx spred- valyutaların alış və satış qiymətləri arasındakı fərq, sövdələşmənin həcmindən asılı komissiya xərcləri ilə xarakterizə olunur.  0.2 bəndədəkspredin təyin olunmasına imkan verən 3 sinif müəyyən olunur.

3.     Özəltarif planı – ekspertə ehtiyacı olan müştərilər üçün xüsusi hazırlanmış fərdiplanlar təqdim olunur.

"20 ildən artıqdır ki, biznesimizin özəyini “Saxo Bank”ın təcrübəsi təşkil edir və təqdim etdiyimiz yeni qiymət strukturumüştərilərimizi yüksək səviyyəli qabaqcıl platformalar, xidmət və məhsullarla təmin etmək məqsədimizin məntiqi nəticəsidir. Müştərilərimizə şəxsi tarifplanını seçməkfürsətiverməklə yanaşı, həmçinin yeni funksionallıq vasitəsilə tam şəffaf şəkildə keçmiş və cari spredləri nəzərdən keçirərəkdaha düşünülmüş və əsaslı qərar qəbul etməyə şərait yaradırıq”, - deyə Lemonakis vurğulayıb.

“Saxo Bank”ın keçmiş və cari valyuta spredləri barədə məlumat əldə etmək üçün: http://cy.saxobank.com/campaigns/fx-pricing-2015

 

“Saxo Bank” haqqında:

“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan ”Saxo Bank” müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş ” SaxoTrader” platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı ”Saxo Privatbank” vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş “Saxo Bank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment