1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Öncül olmaq istəyən hər bir şirkət korporativ mədəniyyətinin formalaşmasında maraqlı olmalıdır”
02.10.2017

Nuranə Əzizova: “Postneft erasında mütəxəssislərdən daha cox kreativlik, təşəbbüslülük, iradə, əzmkarlıq və daim təkmilləşmə tələb olunur

Müsahibimiz “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin İnsan Resursları (HR) Şöbəsinin müdiri Nuranə Əzizovadır. Nuranə xanımla söhbətimizə səmimi notlar üzərində başladıq. O, iş həyatına necə başlaması,  “AtaSığorta” ASC-nin iş prosesi barədə bizə geniş məlumat verdi.

Nuranə Əzizova ilə olan müsahibəni oxuculara təqdim edirik:

- Nuranə xanım, HR sahəsində karyeranız necə başladı?

- 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda işə başlamışam. 2015-ci ildə isə karyerama “AtaSığorta” ASC ilə davam etmək qərarına gəldim. Rəhbərliyin qərarı ilə 2016-cı ildən HR meneceri kimi fəaliyyətə başlamışam. Məqsədim öz fəaliyyətimlə insan resursları üzrə beynəlxalq standartlara  və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq şəkildə fəaliyyət göstərmək və şirkətimizin strateji hədəflərini dəstəkləməklə insan resurslarının idarəedilməsi sistemində yer tutmaqdır.

- Bu baxımdan HR – insan resursları amilini cəmiyyətimizin, ölkə iqtisadiyyatının inkişafında rolunu necə xarakterizə edərdiniz?

- Hazırda dünyada və eləcə də Azərbaycanda postneft erası başlayıb. Yəni dövlətlər, şirkətlər ənənəvi enerji resurslarını daha az israf etmək və yeni texnologiyaların tətbiqi ilə inkişaf etməyə üstünlük verirlər. Bu isə əmək bazarında yeni dövrün tələblərinə uyğun, səriştəli, peşəkar və bacarıqlı kadrların öz yerini tutmasını şərtləndirir. Çünki postneft erasında mütəxəssislərdən, işçilərdən daha cox kreativlik, təşəbbüslülük, iradə, əzmkarlıq və daim təkmilləşmə tələb olunur. Hazırda rəqabətqabiliyyətli vərdiş və bacarıqlara sahib olmaqla əmək bazarında öz yerini tutmaq və yeni texnologiyaların tətbiqindən, son nailiyyətlərindən maksimum səviyyədə istifadəni bacarmaq zəruridir. Bir misal çəkim. Məsələn, hazırda BMT-nin konkret savadlılıq kriteriyalari var: birincisi, yazib-oxumaq, ikincisi, dünyada geniş yayılmış hər hansı bir xarici dili yaxşı səviyyədə bilmək, üçüncüsü, kompüter texnologiya və proqramlarından istifadəni bacarmaq, dördüncüsü, sosial hüququları bilmək və ən nəhayət, beşincisi, bütün əvvəlki dörd kriteriya üzrə bilgiləri digərlərinə ötürməyi bacarmaq. Bütün bu kriteriyalara maliksənsə, beynəlxalq standartlar baxımından tam savadlı sayılırsan. Bunların üzərinə konkret hər hansı bir sahədə mütəxəssis kimi formalaşmağı gələndə savadlı kadrdan söhbət açmaq olar. Bu qeyd edilənlər də savadlı və hazırlıqlı insan resurslarının iqtisadiyyatın inkişafında, hər hansı ölkənin irəli getməsində rolunun nə qədər böyük olduğunu göstərir. Təcrübə göstərir ki, dünyada məhz bu cür hazırlıqlı insan resurslarına sahib ölkələr liderlik edirlər.       

-     “AtaSığorta” ASC-yə işçilər işə necə götürülür?

-  Hər bir imicini qoruyan və işçilərin hazırlıq səviyyəsi, əmək əmsalına ciddi fikir verən şirkət kimi, “AtaSığorta”da da işçi ehtiyatının cəlb edilməsi adətən, kadr tələblərinə uyğun olan şəxslərin cəlb edilməsi; şirkətin daxili elanları (e-poçt vasitəsilə); internet səhifəmizdə iş üçün müraciət anketi - CV yerləşdirməklə və daxil olan CV-lər üzrə, işədüzəltmə agentlikləri və karyera mərkəzləri vasitəsilə; yazılı və onlayn kütləvi informasiya vasitələri ilə; uyğun profilli ali məktəblərlə sıx əməkdaşlıq yaratmaq və ali məktəbi yüksək göstəricilərlə bitirən məzunları şirkətə təcrübəçi kimi cəlb etməklə həyata keçirilir.

-          “AtaSığorta” ASC- nin korporativ mədəniyyəti haqqında nə deyə bilərsizniz?

- Hər bir şirkətdə korporativ mədəniyyətin yüksək səviyyədə olması çox vacibdir. Korporativ mədəniyyət – təcrübədə özünü doğrultmuş və və şirkətin əməkdaşları arasında bölünən dəyər, simvol, inanc, davranış forması sistemidir. İmicini qoruyan və öncül olmaq istəyən hər bir şirkət korporativ mədəniyyətinin formalaşmasında maraqlı olmalıdır. Bu baxımdan AtaSığorta olaraq biz də korporativ mədəniyyətin daim inkişaf etdirilməsini daim nəzarətdə saxlayırıq. Bunun üçün cəmiyyətin korporativ kodeksini illik olaraq yeniləyib hazırlayırıq. Tamlıq, inam, etibar, hörmət, yüksək standartların müəyyən olunması, ixtisaslaşma və əməkdaşlıq, daimi proqres və çeviklik, pozitiv kollektivin mövcudluğu əsas prinsiplərimizdəndir. İşin daha da effektiv olması üçün analiz-sintez,  sistemli yanaşmanı və mərhələli inkişaf taktikasını dərk edən, düşünülmüş və məsuliyyətli qərarların verilməsi üçün daim inkişafda  olan professsional işçi kollektivinin olması uğurun əsasıdır.

-  Şirkətinizin ştatı üzrə işçilərinizin sayı nə qədərdir?

- “AtaSığorta”ASC 2004-cü ildən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Hal-hazırda şirkətimizdə 300-ə yaxın əməkdaş çalışmaqdadır. Onların demək olar ki, 99%-i Azərbaycan vətəndaşıdır. Cəmiyyətimizin xidmət şəbəkəsinə 11 filial, 14 nümayəndəlik və 60-dan çox satış ofisi daxildir.

“AtaSığorta” ASC-də dediyiniz məsələlər üzrə əməkdaşlar arasında hansı təlimlər həyata keçirilir?

- “AtaSığorta” ASC-nin təlim planlarına əsaslanaraq təlim bazarının təhlili və təlim mənbələrinin müəyyən edilməsi istiqamətində “AtaSığorta” ASC-nin İnsan Resursları Şöbəsi tərərfindən davamlı işlər aparılır.

İlin əvvəlində HR olaraq büdcəyə uyğun İllik Treninq Planını hazırlayıb təsdiq üçün İdarə Heyətinə təqdim edirik. Təlim şirkətləri ilə müzakirələrdən sonra şirkətlərdən təkliflər alınır və gələn təkliflər təlim kursunun mündəricatı, istifadə edilən texniki avadanlığın keçirilən təlim kursuna uyğunluğu və effektivliyi, təlim kursunda izlənəcək istiqamət və təlim kursunun dəyərləri kimi meyarlar əsasında qiymətləndirilir. Əldə olunan məlumat müvafiq struktur rəhbərləri ilə nəzərdən keçirildikdən sonra uyğun gələnlər Təlim Planına daxil edilir. Təlimlərə göndərilmiş əməkdaşlar həmin təlimi öz departamentlərində (lazım gəldikdə əlaqəli departamentlərdə) prezentasiya formasında təqdim edirlər. Bununla da təlimlərə münasibətdə məsuliyyət və diqqət artır, bir təlimdən bütün departamentin yararlanması, işçilərin təcrübə mübadiləsi təmin edilir, onların prezentasiya təqdimetmə vərdişi təkmilləşir, korporativ mühit, komanda ruhu formalaşır və yeniliklərin tətbiqi stimullaşdırılır.

-          “AtaSığorta” ASC işçiləri necə motivasiya etdirir?

-          “AtaSığorta” ASC-də motivasiya sistemi iki formada həyata keçirilir: Maddi motivasiya və qeyri-maddi motivasiya. İşçilərin əməyinin ədalətli, müvafiq ödənilməsini və mükafatlandırılmasını təmin etmək, struktur bölmə rəhbərləri-direktorlarla sıx əməkdaşlıq formasında şirkətin strateji hədəflərinə nail olmaq istiqamətində hər bir işçidə icra etdiyi işlərə maraq, həvəs yaratmaq, sistemli olaraq işçilərin davamlı təlimləndirilməsi və inkişaf etdirilməsini təmin etmək, az təcrübəli işçilərin daha təcrübəli, nümunəvi işçilərin bilik və təcrübələrindən faydalanmalarını və işi daha effektiv formada icra etmələrini, sürətli inkişaflarını sistemli qaydada təşkili, şirkət daxilindən vəzifə yüksəlişlərini və müvafiq mükafatlandırmaları həyata keçiririk. İşçilərarası münasibətləri və komanda ruhunu gücləndirmək məqsədi ilə müvafiq tədbirlər (bayramlar, yubileylər, “teambuilding” və s.) keçirilir. Qoyulmuş hədəfləri əldə etməkdə işçiləri dəstəkləmək, işçiləri ruhdan salan amilləri, vəziyyətləri müəyyən etmək və aradan götürmək, işçilərarası (fərdi və ya qrup halında) münaqişələri vaxtında operativ həll etmək kimi motivasiya olunurlar.    

-          İşin keyfiyyətinin təhlili  necə aparılır?

-          İşin keyfiyyət təhlilinin aparılması üçün adətən, planlar hazırlanır, məlumatlar qeydə alınır, uçotu aparılır, iş nəticələri audit olunur, təhlil aparılır v s. Ümumiyyətlə, şirkətlərdə bu fəaliyyətlərin icrası üçün müxtəlif struktur bölmələri olur və bununla bağlı vəzifələr yaradılır. Biz də şirkət olaraq bu fəaliyyətləri həyata keçiririk. İş analizi prosesində əsas analiz olunacaq mövzular vəzifə tələbləri, tələb olunan təhsil, təcrübə, sertifikatlar, bacarıqlar, vəzifəyə bağlı fəaliyyətlərin düzgün təyini və izahı, fəaliyyətin icrası ilə bağlı məsuliyyət və səlahiyyətlər, fəaliyyətin çətinliyi, əhəmiyyəti və məsuliyyəti, vaxt norması, işin icra olunma müddəti kimi təsnifatlandırılır.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment