1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah Həyat” SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə iri sığorta ödənişləri həyata keçirib
20.10.2017

Baki, FinanceTime. “Atəşgah Həyat” Sığorta Şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə növbəti iri sığorta ödənişləri həyata keçirib.

Belə ki, “Atəşgah Həyat” SŞ - də sığortalanmış neft-qaz sənayesi sahəsində fəaliyyət göstərən müəssisənin işçisi ayağına dəmir parçası düşməsi nəticəsində əmək qabiliyyətini müddətsiz itirməklə əlillik dərəcəsi almışdır. Bu hadisə üzrə 82 140 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 

Bundan əlavə, eyni sahənin digər müəssisəsinin işçisi platformada təmir işləri zamanı xəsarət alaraq vəfat etmişdir. Bu hadisə üzrə faydalanan şəxslərə (həyat yoldaşı və yetkinlik yaşına çatmayan uşaqları) ümumilikdə 75 647 AZN məbləğində sığorta ödənişi verilmişdir. 

Digər sığorta ödənişi ticarət müəssisəsinin işçisinin  yol-nəqliyyat hadisəsi nəticəsində vəfatına görə həyata keçirilmişdir.  Şirkət  tərəfindən faydalanan şəxslərə (ailə üzvləri) ümumilikdə 35 145 AZN sığorta ödənişi edilmişdir.

Başqa hadisə sənaye müəssisəsi işçisinin cərəyan vurması nəticəsində vəfatı ilə əlaqədardır. Şirkət tərəfindən faydalanan şəxsə (təqaüdçü valideyni) 18 202 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

“Atəşgah Həyat” SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə yanaşı, həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası və digər xidmətləri təklif edir.


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment