1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığortanın təşəbbüsü ilə “Karyera üçün Təhsil” layihəsinin təqdimatı keçirilib
17.11.2017

Baki, FinanceTime. PAŞA Sığortanın təşəbbüsü, “JuniorAchievement Azərbaycan” (JA Azərbaycan) İB-nin təşkilatçılığı və PAŞA Holding-in dəstəyi ilə region gənclərinin peşəkar bacarıqlarının artırılması istiqamətində “Karyera üçün Təhsil”layihəsinə Göyçay və Şəki regionlarında start verilib. Bu istiqamətdə Göyçay Peşə Liseyi, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində, həmçinin 1 saylı Şəki Peşə məktəbi və  Şəki Dövlət Texniki Kollecində layihənin təqdimatı keçirilib.

Layihədə maraqlı olan 500-dən çox gəncin iştirak etdiyi təqdimat mərasimində layihə barədə geniş məlumat verilib. Qeyd olunub ki, gənclərin bilik və bacarıqlarını, məşğulluq imkanlarını artırmağı qarşısına məqsəd qoyan “Karyera üçün Təhsil” layihəsi peşəkar bacarıqların, maliyyə savadlılığının və sahibkarlıq biliklərinin artırılması istiqamətində təlimlər vasitəsi ilə gəncləri gələcək karyeralarında uğur qazanmaları üçün istiqamətləndirir.

2017-2018-ci tədris ilini əhatə edən layihədən hər iki region üzrə peşə məktəblərində təhsil alan, ümumi təhsil pilləsindən sonra təhsilini davam etməyən və ya işsiz olan 17-29 yaş arası 200 gənc faydalanacaq. Layihənin iştirakçısı olacaq gənclərə peşəkar inkişaf təlimləri ilə yanaşı turizm, kənd təsərrüfatı, marketinq, satış və digər sahələr üzrə peşə yönümlü təlimlər keçiləcək. Eyni zamanda, layihənin son mərhələsində təşkil edilməsi nəzərdə tutulan təcrübə proqramı Göyçay və Şəki gənclərinin məşğulluq imkanlarını artırmağa şərait yaradacaq.

Təqdimat zamanı iştirakçılara metodiki vəsaitlər və məlumat xarakterli bukletlər paylanıb, gənclərin layihə ilə bağlı sualları cavablandırılıb. Təqdimatın sonunda iştirakçıların seçim prosesi keçirilib. Seçim mərhələsinin nəticəsi olaraq seçiləcək 200 gənc noyabr ayından etibarən peşəkar inkişaf təlimlərində iştirak imkanı əldə edəcəklər.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment