1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” səfər sığortası üzrə iri ödənişlər həyata keçirib
22.11.2017

Baki, FinanceTime.  Azərbaycan sığorta bazarının liderlərindən biri olan "Atəşgah" Sığorta Şirkəti səfər sığortası çərçivəsində iri ödənişlər həyata keçirib.

Belə ki, Çexiya Respublikasında səfərdə olan sığorta olunan səhhətində yaranan şikayətlər səbəbindən stasionar müalicə alıb və bu səbəbdən ona müalicə xərcləri üzrə ümumilikdə 5970 Avro məbləğində sığorta ödənişi təqdim edilib. 

Bundan əlavə, Rusiya Federasiyasında səfərdə olan digər müştəri yıxılaraq diz nahiyəsindən xəsarət alıb. Müalicə xərcləri üzrə ümumilikdə 4168 AZN məbləği həcmində sığorta ödənişi həyata keçirilmişdir. 

Digər iki ödəniş isə Türkiyə Respublikasında səfərdə olan şəxslərin səhhətində yaranan şikayətlər səbəbindən stasionar müalicə alması hadisəsinə görə verilib. Belə ki, bu xərclər üzrə müvafiq olaraq 9691.67 AZN və 5051 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 

Bugün səfər sığortası (travel insurance) ən aktual sığorta xidmətlərindəndir. Bu cür sığorta şəhadətnaməsinin əldə edilməsi sığorta olunan şəxsə xarici ölkələrdə olarkən təcili və təxirəsalınmaz tibbi xidmətlərə zərurət yarandığı zaman lazımi maliyyə müdafiəsinə təminat verir.

Xatırladaq ki, artıq “Atəşgah” SŞ –dən səfər sığortasını daha tez və asan - www.ateshgah.com saytı vasitəsilə onlayn əldə etmək mümkündür.

 

_____________________________________________________________________________________

QEYD: “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. 2016- ilin nəticələrinə görə ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment