1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Həkim səhvlərindən sığortalanmaq olarmı? - A-Qroup sığorta şirkətinin İdarə Heyətinin Sədri Anar Bayramovun məqaləsi
06.12.2017

Müasir dövrdə həkim səhvlərinin statistikasına nəzər yetirsək görərik ki, hətta tibb sahəsində qabaqçıl olan inkişaf etmiş ölkələrdə belə vəziyyət dəhşətə gətirəcək dərəcədədir.

Belə ki, təkcə ABŞ-da həkimlərin səhvi nəticəsində on minlərlə (ayrı-ayrı mənbələrə görə 50.000-dən 150.000-ə qədər) insan həyatdan məhrum olur.

Daha çox insan isə yanlış diaqnoz, səhv təyin olunmuş preparatlar və ya cərrahi müdaxilələrdən zərər çəkir.

Avropada da eyni vəziyyət müşahidə olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə Avropa ölkələrində hospitala qəbul edilmiş pasientlərin 8%-dən 12%-ə gədəri tibbi səhvlərlə üzləşməli olurlar. Hər 20 pasientdən biri hospital infeksiyalarından zərər çəkməkdədir.

Pasientlər müxtəlif qəbildən olan tibbi səhvlərlə: diaqnostik, müalicəvi, texniki və təşkilati və s. səhvlərlə üzləşirlər. Bunların arasında ən çox rast gəlinən səhvlər həkimlər tərəfindən tibbi preparatların düzgün təyin edilməməsi və ya dozasının düzgün müəyyən edilməməsi hallarıdır.

Mötəbər mənbə sayılan BMJ-də nəşr olunan CDC (Center for diseases control and prevention) nəticələrinə görə, ölüm səbəblərinin sırasında həkim səhvləri artıq 3-cü yeri almışdır. Birinci və ikinci yerlərdə isə ənənəvi olaraq ürək-damar və onkoloji xəstəliklərdir.

Uzun müddət 3-cü yerdə duran tənəffüs yolları xəstəlikləri öz yerini həkim səhvlərinə verib. Beləliklə, həkim səhvləri 10 minlərlə pasientin ölümünə səbəb olaraq, onkoloji xəstəliklərlə tənəffüs yolları xəstəliklərinin arasında dayanmaqdadır.

Təəssüflə qeyd etmək istərdik ki, hazıda Azərbaycanda həkim səhvlərinə dair dəqiq statistik məlumatlara malik deyilik. Bununla belə təxmin etmək olar ki, bizim ölkədə reallıqın inkişaf etmiş ölkələrlə müqaisədə yaxşı olması ehtimalı azdır.

Peşəkar fəaliyyətdə hətta ən bahalı və təcrübəli mütəxəsislər belə səhv edə bilərlər. Lakin tibb mütəxəsisinin səhvi daha baha başa gəlir. Çünki bu səhv pasientin ölümü ilə nəticələnir, əksər hallarda isə təkrar daha bahalı əməliyyatlara, reablitasiya kurslarının keçirilməsinə və s. səbəb olur. Belə hallarda pasientlərin əksəriyyəti əlavə xərclər qarşılığında təkrar əməliyyat və kusrlardan keçməyə razılaşsalar da, bəzən həkim səhvlərinin fəsadlarını aradan qaldırmaq ücün nə həkimin, nə də kilinikanın maddi resursları bunu qarşılamağa yetmir.

Məsələnin məhz bu tərəfinin həlli, pasientin, həkimin və eyni zamanda klinikanın maddi maraqlarının qorunması ücün bütün dünyada qəbul olunmuş bir sivil mexanizm mövcuddur.

Bu - tibb işçilərinin peşə məsuliyyətinin sığortasıdır. İnkişaf etmiş ölkələrdə heç bir həkim sığortasız nə cərrahi əməliyyat edər, nə də ki, xəstəyə hər hansı bir resept yazar. Tibb işçilərinin peşə məsuliyyətinin sığortası, həkimlərə və klinikalara, sığorta şirkətinə öncədən müəyyən qədər sığorta haqqı ödəməklə, mənəvi zərərlər və məhkəmə işləri də daxil olmaqla bütün mümkün maddi zərərləri sığortalamaq imkanı yaradır.

Təkidlə qeyd etmək olar ki, bu növ sığorta növünə və onun geniş yayılmasına Azərbaycanda da böyük ehtiyac var. Nümunə ücün qeyd etmək olar ki, artıq 10 ildən artıqdır ki, A-Group Sığorta şirkəti ümumilikdə 5 milyon ABŞ dolları limitində əməkdaşlıq etdiyi tibbi müəssisələrinin və onların tibb işçilərinin peşə məsuliyyətini sığortalayır. Lakin təəssuflə qeyd etməliyik ki, hal-hazırda bu sığorta növündən ölkədə çox az sayda klinika və həkimlər istifadə edirlər.

Bir çox ölkələrdə tibb işçilərinin peşə məsuliyyəti sığortası icbari sığorta növü kimi tətbiq olunur. Belə ki, 2010-cu ildən etibarən Türkiyədə həkimlərin peşə məsuliyyəti sığortası icbari olub, toplanan gəlirin

idarə olunması ücün isə xüsusi fond yaradılıb. Fondun yaradılmasından bu günə qədər həkim səhvlərinin nəticəsində dəymiş zərərin ödənilməsi ücün 290 milyon ABŞ dolları həcmində sığorta təzminatları ödənilib. ABŞ-ın bəzi ştatlarında Amerika tibbi assosiasiyası tərəfindən qəbul edilmiş minimum sığorta tələbləri də mövcuddur. Limitlər hər hadisə ücün 100.000-dən 1 milyon dollar həddində, il ərzində isə aqreqatda 3 milyonadək dəyisə bilir.

Artıq bu cür tələblər bir müddət əvvəl Çində və Səudiyyə Ərəbistanında tətbiq olunmağa başlayıb. Rusiya və Belarusda isə bu haqda müvafiq qanunvericiliyin hazırlanması, bütün özəl və büdcədən maliyyələşən tibb müəsisələrində çalışan tibb işçiləri peşə məsuliyyətinin sığortasına cəlb olunması haqqında aktiv müzakirələr aparılmaqdadır.

Azərbaycanda sözügedən sığorta növünün məqsədyönlü şəkildə qurulması və həyata keçirilməsi birmənalı olaraq, xəstələrin və tibbi xidmət göstərən şəxslərin sosial müdafiəsi yönümündə atılmış mühüm bir addım olardı.

 Anar Bayramov 

A-Qroup sığorta şirkətinin İdarə Heyətinin Sədri

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment