1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” ASC endirimli sığorta məhsulları təqdim edir
09.02.2018

Baki, FinanceTime.    “AtaSığorta” ASC sığorta bazarına iki yeni kasko məhsulunun satışını çıxarıb. Bunlar “SƏRFƏLİ SIĞORTA” və "QOŞA KASKO" məhsullarıdır. QOŞA KASKO sığorta məhsulu əsasən iki avtomobili olanlar üçün nəzərdə tutulub. Belə ki, müştərinin iki avtomobili varsa, birinci avtomobil 3,5% tariflə, ikinci avtomobil isə 50% endirimlə yəni, 1,75%-lə sığortalanır. Başqa sözlə, 10 min manatlıq avtomobilin 1-ci avtomobilin kasko sığortası 350 manatdırsa, 2-ci 10 min manatlıq avtomobilin kasko sığortası 175 manata başa gəlir.

“Sərfəli Sığorta” kasko sığorta məhsulu müştərilərə öz avtomobillərini yarı qiymətə sığortalamaq və nəticədə vəsaitlərinə qənaət etmək imkanı verir. Belə ki, sığorta müqaviləsi bağlanan zaman Sığortalı sığorta haqqının birinci yarısını ödəyir. İkinci yarısı isə yalnız sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildiyi təqdirdə Sığortalı tərəfindən ödənilir. Lakin sığorta müddəti ərzində sığorta hadisəsi baş vermədiyi təqdirdə ikinci yarısı Sığortalı tərəfindən ödənilmir.

Məsələn: dəyəri 10 000 AZN olan avtomobili 100 AZN azadolma ilə sığortalamaq üçün müştəri 400 AZN sığorta haqqı ödəməlidirsə, cəmi 200 AZN (50%-i) ödəyir. İl ərzində sığorta hadisəsi baş vermədiyi halda sığorta haqqının ikinci hissəsini ödəmək lazım olmayacaq. Sərfəli KASKO məhsulu istehsal tarixi 2000-ci ildən yuxarı bazar dəyəri 10-60 min manat olan avtomobillərə şamil edilir. Azadolma məbləği adi qaydada 100 manat, avtomobil kommersiya məqsədi ilə istifadə ediləndə isə 1000 manat təyin edilir.

Hər iki məhsul üzrə detallı məlumat bunlardır:

  QOŞA KASKO MƏHSULUNA DAİR MƏLUMAT 

Sığortalı:

Fiziki şəxslər

Sığortaçı:

“AtaSığorta” ASC

Sığorta müddəti:

Razılaşdırılmış tarixdən etibarən 12 ay müddətində

Coğrafi ərazi:

Azərbaycan Respublikası

 Bölmə 1:                Nəqliyyat vasitələrinin (kasko) sığortası 

Minik avtomobilləri üzrə Sığorta tarifləri:

Sığorta haqqının məbləği ilkin avtomobilin real bazar dəyərinin 3.5 %-ini, ikinci avtomobilin real bazar dəyərinin 1.75 %-ini təşkil edir.

 

İki avtomobildən bazar dəyəri baha olana 3.50% tarif tətbiq olunur.

QOŞA KASKO üzrə xüsusi şərtlər:

  1. Müştəri tərəfindən əlavə cəlb olunan yalnız 1 avtomobil üzrə sığorta haqqı məbləğində 50% endirim təqdim olunur.

  2. Birinci avtomobili sığortalayan müştəriyə müddəti 2 ay olan endirim sertifikatı təqdim olunur. İki ay ərzində sertifikat istifadə edilmədiyi halda müvafiq sertifikat qüvvədən düşmüş hesab edilir.

  3. Bazar dəyəri 70 000 AZN-dək olan avtomobillər üzrə təqdim olunur.

  4. Yalnız 2007-2017-ci illər istehsalı olan avtomobillər üçün təqdim olunur.

  5. Sığorta haqqı birdəfəlik qaydada ödənilməlidir.

  6. Məhsul hüquqi şəxslərə şamil edilmir.

 

 “SƏRFƏLİ SIĞORTA” - KASKO MƏHSULUNA DAİR MƏLUMAT             

Sığortalı:

Fiziki şəxslər

Sığorta olunan:

Avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs

Sığortaçı:

“AtaSığorta” ASC

Sığorta müddəti:

Razılaşdırılmış tarixdən etibarən 12 ay müddətində

Coğrafi ərazi:

Azərbaycan Respublikası

 Bölmə 1: 

Minik avtomobilləri üzrə Sığorta tarifləri:

Sığorta tarifi – 4.00% təşkil edir.

 

  1. Sığorta müqaviləsi bağlanan zaman Sığortalı sığorta haqqının birinci yarısını ödəyir.

  2. Sığorta müddəti ərzində sığorta hadisəsi baş vermədiyi təqdirdə ikinci yarısı Sığortalı tərəfindən ödənilmir.

  3. Sığorta müddəti ərzində baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirildiyi təqdirdə Sığortalı sığorta haqqının ikinci yarısını ödəməlidir.

Xüsusi şərtlər:

  1. Bazar dəyəri 10 000 AZN-dən 60 000 AZN-dək olan avtomobillər üzrə təqdim olunur.

  2. Yalnız istehsalı ili 2000 ildən yuxarı olan avtomobillər üçün təqdim olunur.

  3. Sığorta haqqı birdəfəlik qaydada ödənilməlidir.

  4. Məhsul hüquqi şəxslərə şamil edilmir.

  5. Məhsul “AtaSığorta” ASC-nin əməkdaşları və onların ailə üzvlərinə şamil edilmir.

                  


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment